Türkiyə Ordusunun daha bir hərbçisi şəhid olub - YENİLƏNİB

2022/11/0418b-1669485149.jpg
Oxunub: 456     00:01     27 Noyabr 2022    
Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.

Ordu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Pəncə-Kilid” əməliyyatı bölgəsində yaralanan müqaviləli hərbi qulluqçu Hakan Koroğlunun həyatını həkimlərin bütün müdaxilələrinə rəğmən xilas etmək mümkün olmayıb və o, şəhid olub”, - məlumatda bildirilib.

Bundan başqa, telekanalın məlumatına görə, eyni bölgədə xidmətdə olan çavuş Mustafa Işıkı şimşək vuraraq öldürüb.

*****

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Yaralılarımız dərhal xəstəxanaya qaldırılıb və müalicələrinə başlanılıb. Bizi dərin acı və üzüntüyə boğan bu olayda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir, yaralılarımıza şəfa diləyirik”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Şəhid  


Bizi "telegram"da izləyin