Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb

2022/11/63821-1669471254.jpg
Oxunub: 303     17:32     26 Noyabr 2022    
Ukrayna və Rusiya arasında əsirlərin növbəti dəfə mübadiləsi baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib.

Onun sözlərinə görə, mübadilə nəticəsində daha 12 ukraynalı Rusiya əsirliyindən azad edilib. Onlardan doqquzunun hərbçi, üçünün isə mülki şəxs olduğu bildirilir.

Yermak ötən həftə 98 ukraynalının əsirlikdən azad edildiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin