KİV: Macarıstan Prezidenti Ukraynaya səfər edib

2022/11/gfhgf-1669461246.jpg
Oxunub: 219     14:28     26 Noyabr 2022    
Macarıstan Prezidenti Katalin Novak Ukraynaya səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Macarıstanın ATV telekanalı məlumat yayıb.

Səfərin Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə baş tutduğu qeyd olunub.

Novak qatarla Polşa ərazisindən keçərək Ukraynaya gedib və artıq Kiyev şəhərindədir.

Qeyd olunub ki, Macarıstan Prezidentinin bu səfəri barədə öncədən məlumat verilməməsi və proqrama salınmaması təhlükəsizlik tədbirləri ilə bağlı olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ukrayna  


Bizi "telegram"da izləyin