“İrəvan Rusiyaya ərzaq yükləri üçün Abxaziya marşrutundan istifadə etməyi təklif edib” - Sandıkov

2022/11/cvb45-1669460095.jpg
Oxunub: 464     19:15     26 Noyabr 2022    
“Erməni tərəfi Rusiya tərəfdaşlarına Ermənistandan Rusiya Federasiyasına ərzaq məhsullarının daşınması üçün Abxaziyadan keçən nəqliyyat marşrutundan istifadə etməyi təklif edib”.

Ordu.az xəbər verir ki, bunu Rusiya parlamentinin deputatı Aleksey Sandıkov deyib.

Onun sözlərinə görə, bu məsələ noyabr ayında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Kazbek Taysayevin başçılıq etdiyi Rusiya nümayəndə heyətinin səfəri zamanı müzakirə olunub.

“Gürcüstan-Abxaziya sərhədi bağlıdır, lakin bu marşrutla qida axınına icazə verən beynəlxalq konvensiyalar var. Biz isə Abxaziya yolundan, rabitə kanallarından istifadə etmək istərdik. Amma bunun üçün Gürcüstanda siyasi iradə lazımdır”, - deyə Sandıkov bildirib.

Sandıkov qeyd edib ki, taxıl sövdələşməsi düşünməyə əsas verib.

“Buna görə də erməni tərəfi öz təklifini rusiyalı həmkarlarına-parlamentarilərə səsləndirdi, onlar bunu nəzərə aldılar və işləyib hazırlayacaqlarına söz verdilər. Bu məsələ müvafiq komissiyaların 2023-cü ilin əvvəlində Moskvada keçiriləcək qarşıdakı iclasında müzakirə olunacaq. Bu ideya Rusiya tərəfdən dəstək alarsa, İrəvan səy göstərəcək və gürcü tərəfdaşları ilə bu məsələni müzakirə edəcək. Hesab edirəm ki, bu, Larsdan keçən yolu boşaltmaq üçün əla fürsət olacaq. Gürcüstanın hərbi yolu ətrafında yaranmış vəziyyəti “mürəkkəb və inkişaf tələb edən” adlandırardım”, - deyə o vurğulayıb.

Deputat hesab edir ki, Rusiya, Azərbaycan, Ermənistan arasında üçtərəfli bəyannamənin həyata keçirilməsi və bütün nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, ilk növbədə, məlum səbəblərdən bağlanan həmin ölkələrin sərhədlərindən yük və sərnişin axınının diversifikasiyasına yönəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sandıkov   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin