“Joğovurd”: Ermənistanda Azərbaycanın Laçın dəhlizini bağlaya biləcəyi ssenarisi kifayət qədər fəal müzakirə olunur

2022/02/kelbe-1645118262.jpg
Oxunub: 876     20:14     26 Noyabr 2022    
Ermənistanın siyasi müstəvisində Azərbaycanın bir gün sadəcə olaraq Ermənistanı Qarabağla birləşdirən dəhlizi bağlaya biləcəyi ehtimal ssenarisi son vaxtlar kifayət qədər fəal müzakirə olunur, çünki bu cür şantajlar mütəmadi olaraq aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyanın bu yaxınlarda İrəvanda keçirilən KTMT sammiti zamanı verdiyi “Bu günə qədər Laçın dəhlizi tam olaraq Rusiya sülhməramlı qoşunlarının nəzarəti altında deyil və Azərbaycan Ordusu Laçın dəhlizində bir neçə mövqe saxlayır” bəyanatından sonra siyasi hakimiyyət narahatdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Laçın-dəhlizi  


Bizi "telegram"da izləyin