“Hraparak”: Arayik Harutyunyanın təşəbbüsü iflasa uğrayıb

2020/11/unnam-1605680688.jpg
Oxunub: 550     17:55     26 Noyabr 2022    
Sentyabrda Qarabağdakı separatçıların “rəhbəri” Arayik Harutyunyan “siyasi şura”nın (qondarma qurum – red.) yaradıldığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, “şura”ya separatçıların “keçmiş rəhbərləri”, o cümlədən digər separatçılar daxil ediləcəkdi.

“Məsələn, “keçmiş xarici işlər naziri” Georgi Petrosyan. Ötən gün Harutyunyanın “administrasiyası”ndan “şura”nın formalaşdırılmasının hansı mərhələdə olduğu ilə maraqlandıq. Dedilər ki, hələ formalaşdırılmayıb. Mənbələrimiz bildirirlər ki, “bu nüfuzlu şəxslər” əvvəlki və indiki kimi əlavə məsuliyyəti öz üzərlərinə götürməkdən yayınıblar. Onlar heç bir vəzifə tutmayaraq Paşinyana qarşı çıxmasalar da, Harutyunyanı Paşinyanın göstərişlərini yerinə yetirməkdə günahlandırırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harutyunyan   Separatçılar  


Bizi "telegram"da izləyin