Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, birinci plenar iclasda Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın və Rusiya prezidenti Vladimir Putinin ünvanına kifayət qədər kobud ifadələr işlədib.
“Bundan sonra zalda olanlardan bəziləri ayağa qalxaraq Zelenskinin Rusiya əleyhinə çıxışını alqışlayıblar. Onların arasında Ermənistan nümayəndə heyətinin üzvləri, xüsusilə Eduard Ağacanyan, Mariya Karapetyan və Hripsime Qriqoryan da olub. Mənbələrimizə görə, bu, hətta bəzi digər ölkələrin nümayəndələrinin də çaşqınlığına səbəb olub, çünki bir gün əvvəl Paşinyan şəxsən Vladimir Putinlə görüşüb, onu aparan maşına minib, onu xoş qarşılayıb və cəmi bir gün sonra deputatları Zelenskni ayaqda alqışlayıblar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az