Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, məhkəmə sistemində daxili müzakirə olub və cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra polisin iddiasına baxmaq qərarına gəliblər.
“Xatırladaq ki, Ermənistan polisi 44 günlük müharibədə ölmüş erməni hərbi qulluqçuların valideynlərinə qarşı Ermənistan İnzibati Məhkəməsinə müraciət edərək məhkəmədən ölən hərbi qulluqçuların valideynlərinin inzibati məsuliyyətə cəlb olunmasını tələb etmişdi. Çünki polisin bildirdiyinə görə, sentyabrın 21-də valideynlər Ermənistan Baş nazirinə və hökumət üzvlərinə gedib hərbi qulluqçuların məzarına gül dəstələri qoymağa icazə verməyiblər. Nəticədə polis valideynləri zorakılığa məruz qoyub, faktla bağlı cinayət işi başlanıb. 18 valideyn zərərçəkmiş kimi müəyyən edilib, lakin hələ ki, heç kəsə ittiham irəli sürülməyib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az