Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin rəhbəri Tevan Poğosyan deyib.
Onun sözlərinə görə, İlham Əliyev dəhliz verilməli olduğunu deyir, Ermənistan hakimiyyəti isə 29 min 800 kvadrat kilometr qeyd edir.
“Birincisi, gəlib Azərbaycan qoşunlarını çıxarıb yeni 29 min 800 kvadrat kilometr təşkil edəcək qüvvə kim olacaq, ikincisi, Ermənistan tərəfi dəhlizi verəcəkmi? Bütün bunlar yoxdursa, gündə 25 dəfə və ya bir dəfə görüşmələrinin nə fərqi var? Bu gün intensivlik problemi dünyada baş verən bəzi dəyişikliklər kontekstindən irəli gəlir. Və proseslərin gərgin olduğu görünsə də, elə ötən gün İlham Əliyev elan etdi ki, dekabrın 7-də görüş olmalı idi, onun fikrincə, bu görüş olmayacaq, çünki erməni tərəfi Fransa prezidentinin də iştirak etməli olduğunu bildirib. Bu gündən tərəflər daim deyirlər ki, daha bir nəfər vasitəçi, dinləyici və ya şahid qismində iştirak etməlidir. Bu inamsızlıq qarşısında hansı imzadan söhbət gedə bilər?”, - deyə Poğosyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az