“Past”: Ermənistanın Müdafiə naziri Paşinyanın yerinə göz dikib

2022/11/78ghj-1669459401.jpg
Oxunub: 289     15:56     26 Noyabr 2022    
Bu yaxınlarda Vətəndaş Müqaviləsi Partiyasının konfransı keçirilib və bu konfransda idarə heyətinin yeni üzvləri seçilib, o da öz növbəsində idarə heyətinin sədrini seçib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Nikol Paşinyan partiyanın idarə heyətinin sədri seçilib. Zahirən burada qeyri-adi heç nə yoxdur, hakim partiyanın özünü “Nikol Paşinyan” partiyası adlandırmaq olar və ona görə də onun partiyanın rəsmi lideri olması təəccüblü deyil.

Paşinyana partiyanın idarə heyətinin sədri olmağın nə üçün lazım olduğunu anlamağa çalışaq ki, bu, bəzi məlumatlara görə, hətta partiya yoldaşları üçün də sürpriz olub. Görünür, onun belə bir qərar verməsinin son dərəcə dərin səbəbləri var idi. O cümlədən, belə bir fikir var ki, Paşinyanın bu qərarı partiya daxilində şübhəli mövqedən çıxış etməsi və demək olar heç kimə güvənməməsi ilə bağlıdır. Bəlkə də bunun səbəbləri var. Üstəlik, Paşinyanı tanıyanların qeyd etdiyi kimi, o, heç də həmişə etibarlı olmayıb, həqiqi dostları olmayıb və yoxdur. Özünün dediyi partiyanın əks tarazlıq mexanizmlərinin pozulması isə qorxu və şübhələrin nəticəsidir.

“Paşinyan hakimiyyətinin mövqeyi sarsıntılıdır, bir az da şok vəziyyətindədir və o, çox tezliklə çökə bilər. Üstəlik, hətta partiya daxilində belə başa düşürlər ki, son nəticədə belə şəraitdə Paşinyan uzun müddət vəzifə tuta bilməz. Ona görə də onun uzaqlaşdırılmasından sonra dəyişikliyin birinci mərhələsi üçün “alternativ”in olmasının vaxtı çatıb. Uzun müddətdir ki, Xaçatur Sukiasyan, Suren Papikyan və Tiqran Avinyanın ambisiyaları var və Paşinyanın əvəzlənməsi üçün mübarizə getdiyi barədə məlumatlar dolaşır. Ola bilər ki, başqa namizədlər də olsun, amma hələlik çoxu “irəli gəlmir”. Belə bir fikir var ki, Sukiasyan əvvəldən oyundan kənarda qalıb, çünki o, nə qədər siyasətçi kimi çıxış etməyə çalışsa da, ictimai dairələr tərəfindən yenə də oliqarx dairələrin nümayəndəsi kimi qəbul edilir. Meydanda cəmi iki nəfər qalıb: Papikyan və Avinyan. Düzdür, hakimiyyətdə olduqları və yüksək vəzifələr tutduqları müddətdə müəyyən resursları, o cümlədən maliyyə vəsaitlərini toplamağa nail olublar, amma ədalət naminə, ən azı, hələlik klassik mənada oliqarx sayılmırlar. Bundan başqa, nə Papikyanın, nə də Avinyanın statuslarına görə məğlubiyyət və kapitulyasiya ilə birbaşa əlaqəsi olmayıb. Ona görə də hakimiyyət varisi uğrunda əsas mübarizənin onların arasında gedəcəyi ilə bağlı müzakirələr təsadüfi deyil. Təbii ki, Paşinyan hakimiyyətini uzatmaq üçün hər şeyi edəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin