MN: Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib (FOTOLAR)

2022/11/1669452771.jpg
Oxunub: 551     12:49     26 Noyabr 2022    
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib", - qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Erməni-təxribatı  


Bizi "telegram"da izləyin