Erməni ekspert: “KTMT Ermənistanın bəyanatlarını həzm edib, parçalanmanın qarşısını almağa çalışırlar”

2022/11/1669452130.jpg
Oxunub: 326     12:50     26 Noyabr 2022    
“KTMT-də qalmağın yeganə səbəbi Rusiyanın əks-təsirindən qaçmaqdır”.

Ordu.az xəbər verir ki, bunu regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan deyib.

Petrosyan KTMT sammitinin pərdəarxası müzakirələrində Qarabağ məsələsinin müzakirə olunduğunu istisna etmir.

“Hazırda Rusiyanın problemi Ermənistanı saxlamaqla KTMT-nin parçalanmasına imkan verməməkdir. KTMT Ermənistanın kəskin bəyanatlarını həzm etdi. Peskov tərəfindən açıq mesaj var idi ki, Ermənistanın KTMT-dən çıxmasının siyasi nəticələri olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin