Türkiyənin milli döyüş təyyarələrinin missiya kompüteri təhvil verilib

2022/11/1669375414.jpg
Oxunub: 254     12:44     26 Noyabr 2022    
Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi olan Milli Döyüş Təyyarəsi (MMU) layihəsində mühüm tədarük həyata keçirilib.

Ordu.az xəbər verir ki, MMU-nun beyni olaraq xarakterizə edilən missiya kompüteri TÜBİTAK BİLGEM tərəfindən uğurla istehsal edilib.

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank MMU-nun missiya kompüterini parlamentə gətirib. Parlamentdə büdcə müzakirələri başlamazdan əvvəl nazir Varankın çıxış edəcəyi masanın qarşısına qapalı qutu qoyulmuşdu. Nazir Varankın çıxışı zamanı pərdə açılıb və MMU-nun missiya kompüteri deputatlara təqdim edilib.

“Biz onu vaxtından əvvəl TUSAŞ şirkətinə təhvil verdik. Mühəndislərimiz həmçinin bu yüksək strateji ən müasir missiya kompüterində işləyən real vaxt əməliyyat sisteminin çoxnüvəli versiyasını hazırlayıblar”, - deyə o qeyd edib.

Missiya kompüteri yüksək hesablama və ünsiyyət bacarıqlarına malikdir. Kritik proqramlar missiya kompüterində quraşdırıla bilər. Kompüterdə güclü və çoxfunksiyalı modul prosessor bloku yerləşəcək. Bu kompüter mühərrikin işə salınması, missiya sistemləri və təyyarə idarəetmə sistemlərinin interfeysini və funksiyalarını yerinə yetirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MMU  


Bizi "telegram"da izləyin