Ordu.az xəbər verir ki, sistemin stasionar müdafiə texnikalarında və kiçik zirehli maşınlarda tətbiq ediləcəyi bildirilib.
Aktiv qoruma sistemləri zirehli vasitələrin yaxınlaşan sursatları (tank əleyhinə raketlər və s.) aşkar edən və zərərsizləşdirən özünümüdafiə sistemləridir.
Qeyd edək ki, ASELSAN bununla yanaşı “Pulat” aktiv qoruma sistemləri üzərində də işləyir. TÜBİTAK SAGE müəssisəsi sistemlər üçün müxtəlif sursatlar hazırlayıb. “Pulat” “Fırat M60T” layihəsi çərçivəsində modernləşdirilmiş M60T tanklarına inteqrasiya edilib.
Sevinc Əliyeva
Ordu.az