Türkiyənin “Zaha” amfibiya texnikaları İndoneziyanın dəniz piyadaları tərəfindən sınaqdan keçirilir

2022/11/fnss--1669375081.jpg
Oxunub: 324     17:15     26 Noyabr 2022    
İndoneziya Dəniz Piyadaları Korpusu Türkiyənin FNSS şirkəti tərəfindən istehsal edilən “Zaha” zirehli amfibiya texnikalarını sınaqdan keçirir.

Ordu.az xəbər verir ki, Korpus bu barədə “Twitter” hesabında məlumat yayıb.

Sınaqdan keçirilən texnikanın üzərində “Çaka” uzaqdan idarə olunan döyüş modulu görünüb. Modul 12,7 mm pulemyot və 40 mm avtomatik qumbaraatan ilə yüksək atəş gücünə malikdir.

Amfibiya əməliyyatı zamanı gəmi ilə sahil arasındakı məsafəni ən sürətli şəkildə qət etmək qabiliyyətinə malik “Zaha” qoşunların mühafizə altında və atəş dəstəyi ilə qısa müddətdə quruya çıxmasına şərait yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Türkiyə  


Bizi "telegram"da izləyin