Türkiyə “Alkar” minaatanlarını xaricə ixrac edəcək

2022/11/BMC-V-1669375009.jpg
Oxunub: 420     16:29     26 Noyabr 2022    
Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanmış “Alkar” sisteminin ixracı üçün müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyədə keçirilən Quru Sistemləri Seminarında məlumat verilib.

Sistemlərin ixrac ediləcəyi ölkənin adı açıqlanmayıb. Bildirilib ki, ixrac fəaliyyətləri “Nurol” və BMC şirkətləri ilə birgə həyata keçirilir.

“Alkar” minaatan sisteminin stasionar variantının Quru Qoşunları Komandanlığına çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilib. 2021-ci ildə TTZA (Taktik Təkərli Zirehli Vasitə) minaatan maşınına inteqrasiya edilmiş 1 ədəd “Alkar” 120 mm-lik Minaatan Silah Sisteminin qəbul yoxlama fəaliyyətləri tamamlanaraq təhvil verilib.

120 və 81 mm mərmilərdən istifadə edən minaatanlar avtomatik mərmi yükləmə sisteminə malikdir. Geri təpmə mexanizmi və atəşə nəzarət sistemlərinə malik minaatan sistemi modul quruluşu sayəsində həm tırtıllı, həm də təkərli zirehli texnikalara inteqrasiya edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Alkar  


Bizi "telegram"da izləyin