Ordu.az xəbər verir ki, bu barədə Türkiyədə keçirilən Quru Sistemləri Seminarında məlumat verilib.
Bildirilir ki, Qətərə məxsus 50 ədəd “Renault VAB” zirehli personel daşıyıcısını təkmilləşdirilib. Modernləşdirilmiş avtomobillər Qətərdə keçirilən Dünya Kuboku ərəfəsində gətirilib.
Modernləşdirmə layihəsi çərçivəsində avtomobilə “Sarp” adlı uzaqdan idarə edilən silah sistemi inteqrasiya edilib.
VAB zirehli personal daşıyıcısı “Renault Trucks Defence” tərəfindən hazırlanıb. Orijinal VAB həm Fransa Ordusu, həm də ixrac müştəriləri üçün çox sayda istehsal edilib. Avtomobilin inkişafı 2008-ci ildə başlayıb.
Sevinc Əliyeva
Ordu.az