Ordu.az xəbər verir ki, bu barədə “Nurol Holding” şirkəti məlumat yayıb.
Qeyd olunur ki, “BAE Systems” Türkiyədə aviasiya sahəsində daha çox imkanlar axtarmaq niyyətindədir.
“BAE Systems Turkey” şirkətinin baş meneceri Alistair Kasl məsələyə münasibət bildirib: “BNA-dakı payımızdan imtina etmək təklifi Türkiyə bazarında qabaqcıl hərbi hava imkanları biznesini inkişaf etdirmək strategiyamıza uyğundur. “Nurol”la hər zaman yaxşı işgüzar münasibətimiz olub və gələcəkdə də birlikdə işləmək imkanlarını araşdırmağa davam edəcəyik”.
Sevinc Əliyeva
Ordu.az