“1in.am”: Ermənistan-Aİ hərtərəfli sazişinə maraq itə bilər

2022/05/67e00-1653236190.jpg
Oxunub: 295     10:22     28 Noyabr 2022    
2017-ci il noyabrın 24-də Brüsseldə Ermənistan və Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq proqramı imzalanıb və bu proqram ratifikasiya edildikdən sonra 2022-ci ilin martında tam qüvvəyə minib. Proqram ondan əvvəl də qismən işləyirdi.

Ordu.az xəbər verir ki, bu barədə “1in.am” nəşri yazıb.

Nəşr qeyd edir ki, beş ildir davam edən hadisəni dərin siyasi reallıqlar kontekstində nəzərdən keçirmək, bu razılaşmanın hansı perspektivə malik ola biləcəyini yenə də bu gün geosiyasi mühitdə baş verən əsaslı dəyişikliklərə əsaslanaraq anlamaq vacibdir.

“2017-ci il noyabrın 24-də imzalanmış sənəd 2013-cü il sentyabrın 3-dən sonra Ermənistan-Avropa İttifaqı münasibətlərinin müəyyən böhranlı reallıqlarının aradan qaldırılması üzrə mürəkkəb prosesin nəticəsi idi. Fransanın keçmiş prezidenti Fransua Olland bu sənədin imzalanmasında müəyyən rol oynayıb. 2014-cü ildə onun Ermənistana səfərindən sonra yeni danışıqlara başlanılıb və hərtərəfli sazişin əsası qoyulub. Təbii ki, bu razılaşma öz siyasi statusu və mahiyyətinə görə 2013-cü ilin 3 sentyabrında Ermənistanın 2013-cü ilin noyabrında imzalayacağı Assosiasiya Sazişinin uğursuzluğa düçar olduğu razılaşma deyildi. Lakin 2013-14-cü illərin Rusiya-Ukrayna reallıqlarını nəzərə alaraq, onların ümumilikdə beynəlxalq münasibətlərə, o cümlədən Qafqaz regionuna təsiri, həmçinin 2016-cı ilin aprel döyüşləri və ondan sonrakı müzakirələr, Ermənistan-Avropa İttifaqı sazişinin imzalanması siyasi əhəmiyyət kəsb edirdi. Bununla belə, son beş ildə həm dünyada, həm də xüsusən də həmin saziş ətrafında mövcud olan mühit əsaslı şəkildə dəyişdi. Əvvəlcə Ermənistanda hakimiyyət dəyişdi, sonra 44 günlük müharibə baş verdi.

Eyni zamanda, Avropa İttifaqının özü də artıq Ukrayna müharibəsi problemi ilə üzləşib. Üstəlik, bu, Avropa İttifaqının daxili münasibətlərini və xarici təhlükəsizlik arxitekturasını əsaslı şəkildə dəyişə biləcək bir çağırışdır. Bu şəraitdə Ermənistan-Aİ hərtərəfli sazişi həm də siyasi dəyərinin və əhəmiyyətinin qaçılmaz transformasiya dövrünü yaşayır, ona olan maraq itə bilər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin