Ordu.az xəbər verir ki, bu barədə FNSS-in baş direktoru Nail Kurt bildirib.
Onun sözlərinə görə, 6x6 təkər formullu 15 ədəd “Pars IV” zirehli texnikalarından 9-u təhvil verilib. O, maşının ASELSAN istehsalı Akustik Xəbərdarlıq Sistemi ilə təchiz edildiyini vurğulayıb.
Analoqlarından fərqli olaraq, “Pars IV” zirehli texnikalarında iki ədəd uzaqdan idarə olunan döyüş modulu var. “Sancak” adlı döyüş modullarında 7,62×51 mm-dən 40×53 mm-ə qədər müxtəlif silahlardan istifadə etmək olar.
Sevinc Əliyeva
Ordu.az