Tarixdə Qara Ləkə: Kimyəvi Silahların Ağrılı Balans Hesabı

2022/12/66-1669882124.jpg
Oxunub: 654     12:08     01 Dekabr 2022    
Bir çox növləri olan zəhərli kimyəvi maddələr növlərindən asılı olaraq mərkəzi sinir, tənəffüs sistemi və qan hüceyrələrini zədələyir. Tənəffüs sistemini məhv edən, nəfəs almağı çətinləşdirən kimyəvi silahlar zəhərlənmə və infarkt yaradır.

Sinir qazları olaraq bilinən sarin və tabun mərkəzi sinir sisteminə təsir edərək huşunu itirməyə, korluğa və iflicə səbəb olur. Tənəffüs sistemini məhv edən, tüpürcək ifrazının artmasına səbəb olan sarin qazı həddindən artıq tərləmə nəticəsində ürəkbulanma və qusma ilə müşayiət olunur. 1938-ci ildə alman kimyaçısı Gerad Şrader tərəfindən tapılan sarin qazı Nasist Almaniyasındakı qırğınlarda da istifadə edilib. Rəngsiz və qoxusuz olan sarin qazı güclü, geniş və sürətli təsirə malik olduğu üçün ən çox seçilən kimyəvi silahdır.

“Kimyəvi hadisə” termini antropogen və ya texnoloji hadisələrə aid ola bilər: kimyəvi maddələri saxlayan və ya istifadə edən fabrikdə partlayış, qida və ya su təchizatının kimyəvi maddə ilə çirklənməsi, neft qəzaları, daşınma zamanı anbardan sızma, kimyəvi maddələrin qəsdən buraxılması. Münaqişə və ya terrorizm zamanı, xəstəlik epidemiyaları kimi kimyəvi təsirlə əlaqəli hadisələr də bu hadisələrin arasındadır.

Təbii mənbələrdən gələn kimyəvi hadisələrə vulkanlar, zəlzələlər və meşə yanğınları daxildir. 2009-2018-ci illər arasında texnoloji hadisələr səbəbindən təxminən 65.000 insan həyatını itirib.

Kimyəvi silahların kəşfi ilə bəşəriyyət böyük təhlükə ilə üzləşdi. Onlar istifadə olunduqları bölgədə hərbçi və ya mülki şəxs olmasından asılı olmayaraq kütləvi insan ölümünə səbəb olublar. Müasir mənada ilk təkmil kimyəvi silahlar Birinci Dünya Müharibəsində ön plana çıxdı. 1915-ci ildə Almaniya Belçikaya qarşı, Fransa almanlara qarşı tərkibində fosgen qazı olan kimyəvi silahdan istifadə etdi. İtaliya öz tarixində iki dəfə kimyəvi silahdan istifadə edib.

Roma 1928-ci ildə Liviya xalqına, 1935-ci ildə Efiopiya xalqına xardal tərkibli silahla hücum edib. Xüsusilə II İkinci Dünya Müharibəsi və Soyuq Müharibə illərində kimyəvi silahların inkişafı və sinir agentlərinin istehsalı hər zamankindən daha çox artdı. Vyetnam müharibəsində ABŞ kimyəvi silahlarla, İraq isə Hələbcədə Səddamın başçılığı ilə qırğınlara səbəb oldu.

1984-cü ildə BMT baş katibi tərəfindən İran-İraq müharibəsində kimyəvi silahdan istifadə edildiyi dünya ictimaiyyətinə açıqlandı. Nəhayət, minlərlə insanın ölümünə səbəb olan Əsəd rejimi Suriyada öz xalqına qarşı kimyəvi silahdan istifadə etdi.

Tərkibində sarin və xlor qazı olan kimyəvi bombaların atılması nəticəsində indiyədək 5 mindən çox Suriya vətəndaşı həyatını itirib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı son hesabatında Əsəd rejiminə aid hava qüvvələrinin 4 fevral 2018-ci ildə Saraqibə həyata keçirdiyi hava hücumunda ən azı bir silindrli bombadan istifadə etdiyini bildirib.

1978-ci ilin noyabrında ABŞ-ın dini lideri Cim Cons 900-dən çox insanı, o cümlədən uşaqları siyaniddən istifadə edərək kütləvi intihara inandırdı. 1991-ci ildə Körfəz müharibəsi zamanı bu qazlar 8,5 ton sarin və siklozarin və bəzi sinir agentlərinin saxlandığı raketlərin məhv edilməsi nəticəsində atmosferə buraxılıb. Bu sinir qazlarına məruz qalma səviyyəsi kəskin toksikliyə səbəb olacaq qədər yüksək olmasa da, ərazidə xidmət etmiş əsgərlər hələ də bəzi mənfi uzunmüddətli sağlamlıq problemləri ilə mübarizə aparırlar. Bu vəziyyət “Körfəz müharibəsi sindromu” adlanır.

Onlar bundan “eksperimental məqsədlər üçün” istifadə ediblər.

Terror aktları, müharibələr və qeyri-qanuni aktlar kimyəvi sinir agentlərinin ümumi istifadə sahələri olsa da, unutmaq olmaz ki, bu maddələr ölkə hakimiyyəti tərəfindən üsyançılara və mülki şəxslərə qarşı müxtəlif məqsədlər üçün istifadə olunur. 1920-ci ildə Britaniya tərəfindən İraqdakı kürd vətəndaşların müstəqillik tərəfdarlarına qarşı kimyəvi silah “eksperimental məqsədlər üçün” istifadə edildi. 2002-ci il oktyabrın 24-də Moskva Teatrının basqını zamanı anestezik fentatil Rusiya qüvvələri tərəfindən istifadə edildi. Bu maddənin mənfi təsirləri nəticəsində təxminən 130 mülki vətəndaş həyatını itirdi. İğtişaş qazları 1960-cı illərdə ABŞ hökuməti tərəfindən iğtişaşlarda izdihamı dağıtmaq üçün geniş istifadə olunurdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin