Ukrayna müharibəsindən çıxarılan PUA dərsləri – ANALİZ

2022/12/1669878946.jpg
Oxunub: 1927     11:15     01 Dekabr 2022    
“DroneShield” şirkətinin baş icraçı direktoru Oleq Vornik Ukraynadakı müharibə zamanı PUA və onlara qarşı mübarizə sistemlərindən necə istifadə edildiyini təhlil edir.

Bu yazıdakı bütün məlumatlar müxtəlif açıq mənbələrdən götürülüb, Ukrayna hərbçiləri və mülki əhali öz smartfonları ilə geniş kadrlar hazırlayır və onlayn yayımlayır.

Rusiya qüvvələri artıq bir neçə ildir ki, həm Şərqi Ukraynada, həm də bütün dünyada “boz zona müharibəsi”ndən (kiber, xüsusi nişanlar daşımayan qoşunlar, Vaqner Qrupu və s.) geniş şəkildə istifadə edir. PUA-lardan istifadə bu strategiyanın davamıdır.

PUA-lar müharibədə dörd şəkildə istifadə oluna bilər: dəqiq faydalı yükün çatdırılması (məsələn, partlayıcı maddələrin atılması və ya kamikadze hücumları), müşahidə (minomyot zərbəsi endirmək və ya hücumu koordinasiya etmək üçün düşmən mövqelərinin kəşfiyyatı), qorxu yaratmaq (yaxınlıqdan istifadə etməklə), düşmən şəbəkələrinə daxil olmaq və şəbəkələri deqradasiya etmək.

PUA-lar asimmetrik müharibəni simvolizə edir, 3000 dollar dəyərində bir PUA 5 milyon dollarlıq bir tanka sursat ataraq onu və onun içindəkiləri məhv edə bilir.

Ruslar aşağıdakı kiçik/taktiki yerli PUA-lardan istifadə edirlər:

“Orlan-10” (Xüsusi Texnoloji Mərkəz, Sankt-Peterburq) – 2000-dən çox istehsalı olan ən məşhur PUA;
“Eleron-3SV” (Enics, Kazan);
“Qranat” və “Taxion” (İjmaş Pilotsuz Sistemlər, İjevsk);
“Korsar” (United Instrument Manufacturing Corporation, Moskva);
“Zala-421” (Zala Aero Group, İjevsk);
“İrkut-10” (İrkut şirkəti, Moskva).


Ukraynalılar Qarabağda Rusiyanın təmin etdiyi HHM sistemləri və tanklarına qarşı və eləcə də Yaxın Şərqdə əldə etdikləri uğurdan sonra Türkiyə tərəfindən təchiz edilmiş “Bayraktar TB2”dən istifadə edirlər. Müharibədən əvvəl ukraynalılar Kiyev yaxınlığında TB2-lər üçün yerli istehsal xətti qurmaq istəyirdi. Bununla belə, istifadə olunan PUA-ların bəziləri Ukraynada yerli olaraq hazırlanmış və artıq istehsal olunur, məsələn:

UKRINMASH PUA-ları

ST-35 “gəzən sursatları”
“KB Robotics” “gəzən sursatları”


“AeroVironment” şirkətinin “Switchblade” PUA-larının da Ukraynaya tədarük edilməsinə razılıq verilib. Bu sistemlər tanklar da daxil olmaqla bir çox hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Bəs antidron sistemləri haqqında nə demək olar?

Rusların avtomobil sistemləri kimi tam miqyaslı RadioElektron Mübarizə qabiliyyəti (REM) arasında fərq var. Onların hamısı ölkə daxilində istehsal edilib.

Bu cür sistemlərin operator üçün təhlükəsizlik protokolları olmaya bilər (ruslar öz əsgərləri üçün təhlükəsizlik xüsusiyyətlərini nəzərə almırlar. Düşünün ki, tankda mərmilərlə ekipaj arasında məsafə çıx qısadır, bu da bir çox qəzaya səbəb olur). Hələ Soyuq Müharibə illərində amerikalıların və SSRİ-nin eyni sinif nüvə sualtı qayığına sahib olması haqqında məşhur bir hekayə var, ancaq SSRİ qayığı daha sürətli hərəkət edə bilirdi, çünki ekipaj bölməsi ilə nüvə mühərriki arasında təhlükəsizlik divarı istifadə olunmurdu.

Qərbin antidron cihazları tam beynəlxalq səviyyədə akkreditə olunmuş təhlükəsizlik protokollarından keçsə də, rusiyalı operatorun sağlamlığı üçün qoruyucu və digər dizayn xüsusiyyətlərinə malik olma ehtimalı azdır. Burada effektivlik məsələsi də var – REM vasitələri əslində köhnə texnologiyadır.

Qərbin antidron sistemləri Rusiya PUA-larına qarşı nə dərəcədə effektivdir?

“Orlan-10” komponentlərinin çoxu Çin, Avropa və ya ABŞ istehsalıdır. Beləliklə, antidron sistemləri həm aşkarlamada, həm də məğlubiyyətdə çox təsirlidir. Rusiyanın hərbi-sənaye bazası illərlə korrupsiya və pis idarəçiliklə üzləşdiyi üçün qeyri-rus komponentlərinin istifadəsi təəccüblü deyil. Onların tank istehsal xətlərinin komponentlərin çatışmazlığı səbəbindən dayandırıldığı bildirilir.

Ukrayna-Rusiya müharibəsi növbəti 20 il ərzində dünya üzrə hərbi dərsliklərdə bir nümunə kimi yer alacaq. Bütün faciələr, dağıntılar, ölümlər və itkilərlə o, həm də hərbi şəraitdə texnologiyalar üçün sınaq meydançasıdır. Antidron sistemləri tanklar və artilleriya qurğuları kimi ağır zirehlər üçün kritik komponentə çevriləcək və əsgər portativ dəstlərinin bir hissəsini təşkil edəcək.

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin