Ərdoğan Ermənistana çağırış edib: “Azərbaycanla sülh müqaviləsini imzalayın”

2022/10/52401-1665083673.jpg
Oxunub: 596     23:11     06 Oktyabr 2022    
“Türkiyə-Ermənistan-Azərbaycan münasiblərinin isinməsini, həll olunmasını istəyirik”.

Ordu.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı erməni jurnalistin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, Türkiyə və Ermənistan arasında hal-hazırda karqo və hava daşınmaları üzrə danışıqlar gedir, xüsusi nümayəndələr ilə xarici işlər nazirlikləri bunları müzakirə edir.

“Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz. Qapılarımızı, hava, qara və dəmir yollarımızı açarıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Ermənistan  


Bizi "telegram"da izləyin