Səfir: “İndoneziya ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir”

2022/10/89281-1665075734.jpg
Oxunub: 311     20:42     06 Oktyabr 2022    
"İndoneziya ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir, hər iki ölkənin liderləri bu münasibətlərin dərinləşməsi üçün səylərini əsirgəmir".

Ordu.az xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hildi Həmid Bakıdaİndoneziyanın Müstəqillik Gününün 77-ci və İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

İndoneziya səfiri açılış nitqində Azərbaycanı İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib, şəhidlərin xatirəsini ehtiramla yad edib. O qeyd edib ki, bu il həm də Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.

“Bütün qlobal çətinliklərə baxmayaraq, biz bu çağırışlarla birlikdə mübarizə aparırıq”, - o deyib.

O, ölkələr arasında təhsil sahəsində də əlaqələrin inkişaf etdiyini, Azərbaycan Dillər Universitetində İndoneziya dilinin tədris olunduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, İndoneziya ilə əlaqələr sabit xarakter daşıyır və bir çox sahələri əhatə edir.

Nazir ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialından və qarşılıqlı investisiyaların mümkün artımından da danışıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Azərbaycan  


Bizi "telegram"da izləyin