ABŞ səfirliyi Edillidə kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib

2022/10/1665074148.jpg
Oxunub: 543     20:30     06 Oktyabr 2022    
ABŞ-ın Azərbaycandakı Səfirliyi Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıqla bağlı açıqlama yayıb.

Ordu.az-ın ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Alis Spensliyə istinadla xəbərinə görə, bəyanatda deyilir:

“Biz onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. ABŞ törədilmiş qırğınlar/vəhşiliklər barədə xəbərlərdən dərin narahatlıq duyur və hər hansı törədilmiş vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülhə nail olmaq və yaraların sağalması üçün cavabdehlik/məsuliyyət vacibdir.

ABŞ Ermənistan və Azərbaycanın dayanıqlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı addımları dəstəkləyir və ABŞ Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir. Biz BQXK-nın, beynəlxalq QHT-lərin və jurnalistlərin dağıntı və zərər iddialarını müstəqil və qərəzsiz qiymətləndirməsinə imkanın verilməsi və araşdırmaq imkanını dəstəkləyirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin