MN: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır

2022/10/photo-1665066085.jpg
Oxunub: 700     18:21     06 Oktyabr 2022    
Ermənistan müdafiə nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - nazirlikdən qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yalan  


Bizi "telegram"da izləyin