BMT QAK: Azərbaycan "Böyük Qayıdış"ın vacib elementini düzgün müəyyən edib

2022/01/61e66-1642489377.jpg
Oxunub: 346     17:32     06 Oktyabr 2022    
“Onilliklər boyu məcburi köçkünlükdən sonra davamlı həll yolu kimi “Böyük Qayıdış” proqramını həyata keçirərkən Azərbaycan hökumətinin qarşısına qoyduğu vəzifələrdən biri nəinki tikinti, yenidənqurma və minalardan təmizləmə kimi böyük və mürəkkəb işlər, eyni zamanda, gənc nəsil üçün cəlbedici şəhər yaratmaq olacaq”.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlarla üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyinin rəhbəri Quido Ambrosso “Milli Şəhərsalma Forumunda” keçirilən panel müzakirələrində deyib.

“Mən bilirəm ki, cəlbedici şəhər yaratmaq Ağdam planının məqsədlərindən biridir. Dünən təəssüf ki, Ağdam şəhərinə səfərdə iştirak edə bilmədim, amma əvvəllər bir neçə dəfə Ağdamı ziyarət etmişəm. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti "Böyük Qayıdış"ın uğurlu və davamlı olması üçün vacib elementi düzgün müəyyən edib”, - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   QAK  


Bizi "telegram"da izləyin