Mişustin: "Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına böyük önəm verir"

2021/11/sd45f-1637749349.jpg
Oxunub: 1686     16:08     06 Oktyabr 2022    
Rusiya üçün regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması vacib əhəmiyyət kəsb edir.

Ordu.az xəbər verir ki, bunu Rusiya hökumətinin sədri Mixail Mişustin Azərbaycan Baş naziri Əli Əsədovla ikitərəfli görüşdə bildirib. O, ölkəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına müvafiq olaraq Cənubi Qafqaz regionunda yeni infrastruktur marşrutlarının yaradılmasına vacib əhəmiyyət verdiyini söyləyib.

"Bu vacib təşəbbüslərin həyata keçirilməsi Cənubi Qafqazın dayanıqlı inkişafını təmin edəcək",-deyə Mişustin əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mişustin  


Bizi "telegram"da izləyin