Pandemiya zamanı və sonra sosial məsafə tələbi sosial medianı yaxınlarımız və xarici dünya ilə yeganə real əlaqə mənbəyimizə çevirib. İnsanlar “Facebook”, “Instagram”, “Tik Tok”, “Twitter”, “YouTube” və bir çox digər platformalardan istifadə edirlər. Bu da öz növbəsində şəxsi məlumatlarımızın və vərdişlərimizin çoxunu internetə daxil edir. Sosial media və cihazlarımızın bizi özümüzdən daha yaxşı tanımasına təəccüblənməməliyik.
Smartfon dinlənə bilər?
Bu mövzuda ziddiyyətli məlumatlar var. Bəzi xəbərlərə görə, smartfonun dinləməsi texniki cəhətdən mümkün olsa da, praktiki olaraq mümkün deyil. Bir araşdırmada tədqiqatçılar 17.000-dən çox populyar proqramı təhlil etmək üçün avtomatlaşdırılmış test proqramından istifadə ediblər və telefonun mikrofonunu aktivləşdirən və səs məlumatlarını sızdıran bir proqram tapmayıblar. “Amazon”, “Chrome”, “Facebook”, “Instagram” və “YouTube” da daxil olmaqla, geniş miqyaslı məlumatların toplanması ilə tanınan yüksək profilli proqramlara diqqət yetirən mobil təhlükəsizlik şirkəti tərəfindən aparılan başqa bir araşdırma da gizli qeydlərə dair heç bir sübut tapmayıb.
Sosial platformalar bizim haqqımızda bu qədər çox şeyi necə bilir?
Proqram tərtibatçıları adlardan tutmuş kredit kartı məlumatlarına qədər bizim haqqımızda məlumat toplayır. Çoxları, həmçinin telefonunuzun GPS imkanlarından və yaxınlıqdakı mobil qüllələrdən istifadə edərək ərazini izləyir.
“Facebook”, baxdıqlarınızı, oxuduqlarınızı və alış-veriş səbətinizə yerləşdirdiyinizi izləməklə, vərdişlərinizə nəzarət edir.
“Google” kimi şirkətlər bir çox pulsuz proqramlarından məlumatları birləşdirir və nəticədə reklam hədəfləmə məqsədləri üçün istifadəçi profili yaradır. Nəticə olaraq, əgər siz müəyyən növ qolf klubu üçün “Google” axtarışı etsəniz və ya qolf klubuna getmək üçün “Google Map”dan istifadə etsəniz, sizə qolfla bağlı reklamlar göstərilər bilər.
Smartfonun fəaliyyətimizi izləməsini dayandıra bilərik?
Telefonunuz davamlı olaraq yerinizi izləyir, lakin siz “Google” və “Facebook” tərəfindən təklif olunan universal giriş funksiyalarından istifadə etməməklə və “Chrome” brauzerinə daxil olmamaqla girişi məhdudlaşdıra bilərsiniz. Tətbiqlərinizə verilən icazələrə də diqqət yetirin. Bu addımların atılması smartfonunuz tərəfindən toplanan məlumatı məhdudlaşdıra bilsə də, onlar məlumatlarınızın və ya yerinizin əldə olunmayacağına zəmanət vermir.
Dəyanət Ağalarlı
Ordu.az