Sahibə Qafarova: "Ermənistan regionda kommunikasiya və nəqliyyat yollarının açılmasına maneələr yaradır"

2022/10/1664993123.jpg
Oxunub: 508     20:51     05 Oktyabr 2022    
"Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır".

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxışı zamanı deyib.

S.Qafarova vurğulayıb ki, post-münaqişə dövründə Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir:

"Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq".

Milli Məclisin sədri xatırladıb ki, Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir.

"Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur", - S.Qafarova bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sahibə-Qafarova   MM  


Bizi "telegram"da izləyin