Paşinyan Sarkisyanı ittiham edib: “Kapitulyasiya sənədini hazır qoyub getmişdi”

2021/03/sarki-1616148849.jpg
Oxunub: 753     18:36     05 Oktyabr 2022    
Ermənistan Baş naziri Nikol Paşinyan öz sələfi Serj Sarkisyanın Qarabağ ətrafında danışıqlar prosesi ilə bağlı ona pis miras qoyduğunu bildirib.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə “Hökumət saat”ında çıxışı zamanı deyib.

“Serj Sarkisyanın stolda qoyduğu danışıqlar sənədi bu göstərici və formullarla dəyərləndirilsə, kapitulyasiya haqda sənəd idi. Serj Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getmişdi”.

Paşinyan, çoxunun hazırkı hakimiyyəti Qarabağın Azərbaycanın ərazisi kimi tanımasına görə tənqid etməsinə cavab olaraq keçmiş hakimiyyəti nümunə gətirib: “Bunu bir neçə dəfə desəm də, konkret demək istəyirəm. Hansısa hökumət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdımı? Bəli, bu Vardan Oskanyanın (Robert Koçaryan dövründə XİN başçısı) zamanı olub. Çünki o zaman Madrid prinsiplərini danışıqları üçün əsas qəbul edəndə Ermənistan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı”.

Paşinyan Vardan Oskanyan və sabiq Prezident Robert Koçaryanla yanaşı, sabiq XİN başçısı Edvard Nalbandyan və eks-prezident Serj Sarkisyanı da təqsirli bilib: “Buna görə də onlar hazırkı hakimiyyətin üstünə hər hansı təqsiri qoymalı deyil. İndi isterik açıqlamalar vermək lazım deyil”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sarkisyan  


Bizi "telegram"da izləyin