Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, bildirib ki, Ankara beynəlxalq hüquqa, mehriban qonşuluq münasibətlərinə uyğun olaraq Egey dənizinin təbii sərvətlərinin ədalətli şəkildə bölünməsinin tərəfdarıdır: “Bir millimetrə də geri addım atmayacağıq. Bu mövzuda bizim anlayış nümayiş etdirməyimiz mümkün deyil”.
Akar vurğulayıb ki, dəniz və hava qüvvələri nə lazımdırsa, onu da edəcəklər: “Yunanıstanla NATO daxilində müttəfiqik. Xalqlar da bir-birini tanıyır, qonşuyuq. Yəni qısa müddətdə qonşuluq münasibətlərini bərpa edə və bundan faydalana bilərik. Bu, hər 2 ölkənin xeyrinədir”.
Nazirin sözlərinə görə, Yunanıstandakı bəzi siyasətçilər şəxsi maraqları üçün gərginliyi davam etdirirlər.
Ordu.az