Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir

2022/10/photo-1664978557.jpg
Oxunub: 488     18:02     05 Oktyabr 2022    
İtaliya Respublikasının Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak etmək məqsədilə İtaliyaya rəsmi səfər edib.

MN-dən Ordu.az-a verilən məlumata görə, 44 ölkənin HDQ komandanları və 18 mühüm dəniz təşkilatarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd dəniz nəqliyyatında təhlükəsizliyin təmin olunması üzrə müzakirələrin aparılmasıdır.

Beynəlxalq simpozium oktyabrın 7-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   HDQ  


Bizi "telegram"da izləyin