İranlı təşkilat rəhbəri: “Azərbaycan enerji resurslarının ticarəti üçün dəhliz açmaq istəyir”

2022/09/047f4-1663843856.jpg
Oxunub: 475     21:16     06 Oktyabr 2022    
“Azərbaycan Naxçıvanla əlaqəni maneəsiz və uzunmüddətli təminatsız saxlamaq üçün Ermənistan ərazisindən, lakin onun nəzarətindən kənarda Naxçıvana dəhliz əldə etmək istəyir”.

Ordu.az xəbər verir ki, bunu ILNA-ya müsahibəsində İran İslam Respublikasının “Avtomobil tranziti və daşımaları” təşkilatının baş direktoru Cavad Xedayəti deyib.

Onun sözlərinə görə, Bakı enerji resurslarının ticarəti üzrə müttəfiqlərin koordinasiyası ilə Xəzərdən Türkiyəyə birbaşa dəhliz yaratmaq istəyir.

“Diqqət etməliyik ki, hazırkı vəziyyətin qorunub saxlanması ehtimalı azdır və ona görə də biz istənilən vəziyyətə hazır olmalıyıq”, - deyə o bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Naxçıvan  


Bizi "telegram"da izləyin