Ordu.az xəbər verir ki, bunu Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən paneldə çıxışı zamanı ANAMA sədrinin müavini Samir Poladov deyib.
O bildirib ki, beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritələri təqdim etsə də, onların 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır: “Əslində bu xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdir və qeyri-dəqiqdir”.
Sədr müavininin sözlərinə görə, son iki il ərzində mina partlayışlarında çoxsaylı itkilər olub: “39 0709 ədəd piyada və tank əleyhinə minalar və partlamamış sursatlarla bağlı məlumat var ki, bu da tam dəqiq deyil. 2020-ci ilin noyabrın 10-dan bu günə qədər 257 mina qurbanı olub, 44 nəfər həlak olub, 213 nəfər xəsarət alıb. İndiyədək 54 841 hektar ərazi təmizlənib. 2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plan 40 000 hektardır. Hansı ki, bunun 8 min hektarı yaşayış ərazisidir. Lakin məqsədimiz əlavə xarici resurslar da cəlb edərək illik planı inkişaf etdirmək və minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır”.
Ordu.az