Son toqquşma zamanı yaralanan erməni hərbçilər daha çox mina partlaması, qəlpə və partlayış xəsarətləri alıblar

2019/02/10319-1550732151.jpg
Oxunub: 583     17:40     05 Oktyabr 2022    
Sərhəddə baş verən son toqquşma zamanı yaralanan erməni hərbçilərinin əksəriyyəti mina partlaması, qəlpə və partlayış xəsarətləri alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavab olaraq Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan Müdafiə Nazirliyi Ermənistan tərəfinin neçə hərbçisinin yaralanması ilə bağlı konkret məlumat verməkdən imtina edib. Onlar sorğuya cavab məktubunda yazıblar ki, baş nazir Nikol Paşinyan müxtəlif platformalarda yaralıların sayını dəfələrlə açıqlayıb.

Sayt xatırladır ki, Paşinyan 293 hərbçinin yaralandığını açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Yaralı  


Bizi "telegram"da izləyin