UN-HABITAT: Azərbaycan hökuməti insanların öz torpaqlarına qaytarılması üçün intensiv iş aparır

2022/10/52164-1664966732.jpg
Oxunub: 650     14:44     05 Oktyabr 2022    
“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpası, insanların ora qaytarılması istiqamətində intensiv iş aparır”.

Ordu.az xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi, COVID-19 pandemiyası, digər çağırışlar şəhərsalma və transformasiya dəyişikliyi üçün problemlər yaradır.

"Bu gün keçirilən forum Azərbaycanın bu ərazilərdə gördüyü işlərin, ölkənin texniki təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - UN-HABITAT-ın icraçı direktoru bildirib.

Xatırladaq ki, bu gün Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu öz işinə başlayıb. Tədbiri giriş sözü ilə Azərbaycan Prezidenti İlham Əliyev açıb.

Forumun təşkilatçıları Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və ADA Universitetidir.

Tədbir öz işini sabah Bakıda davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HABITAT  


Bizi "telegram"da izləyin