Polşa və ABŞ nüvə silahından birgə istifadə proqramı ilə bağlı danışıqlar aparır

2022/05/4zx53-1653231948.jpg
Oxunub: 455     14:40     05 Oktyabr 2022    
Nüvə silahının birgə istifadəsi proqramı NATO-nun nüvə silahlarına nəzarət siyasətinin bir hissəsidir. Polşa Rusiya tərəfdən təhdidlərin artmasının qarşısını almaq üçün nüvə silahlarının birgə istifadəsi proqramı çərçivəsində ABŞ-la danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bunu Polşa Respublikasının Prezidenti Andjey Duda “Gazeta Polska”ya müsahibəsi zamanı deyib.

“İlk növbədə problem ondan ibarətdir ki, bizim nüvə silahımız yoxdur. Polşanın yaxın gələcəkdə nüvə silahları əldə edə bilməsi üçün hər hansı əsas da yoxdur. Hər zaman nüvə silahlarının birgə istifadəsi proqramında iştirak etmək üçün potensial imkanlar var. Biz ABŞ liderlərinə belə imkanların yaradılması üçün müzakirə təklif etmişik və bu mövzu açıqdır” - deyə Duda əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ  


Bizi "telegram"da izləyin