Erməni siyasi xadim: “Əgər Vardanyan ermənilərə kömək etmək istəyirsə, mütləq vəzifə tutmalı deyil”

2022/08/Untit-1659695135.jpg
Oxunub: 598     19:58     05 Oktyabr 2022    
“Ruben Vardanyan bizim tələblərimizə uyğun gəlmir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Tiqran Petrosyan deyib.

O qeyd edib ki, Araik Harutyunyanın onu təyin etməsi yanlışdır.

“Əgər Vardanyan ermənilərə kömək etmək istəyirsə, mütləq vəzifə tutmalı deyil. Xüsusilə, iş adamının hansısa dövlət vəzifəsini tutması ilə qətiyyən razılaşmıram. Tarix göstərir ki, bu heç vaxt yaxşı bir şey gətirməyib. Psixologiya elədir ki, bu insanlar həmişə şəxsi maraqlarını önə çəkirlər. İndi mən Ruben Vardanyanın nə edəcəyini təxmin edə bilmərəm, amma o, biznesmendir”, - deyə Petrosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin