Erməni siyasi xadim: “Vardanyan “vəzifə” təklifini qəbul edəcək, lakin onun zəmanətləri olmalıdır”

2022/10/1664965692.jpg
Oxunub: 491     16:18     05 Oktyabr 2022    
“Ermənistanda şəxsiyyətə qarşı mübarizə gedir”.

Ordu.az xəbər verir ki, bunu erməni suyasi xadim Arman Melikyan deyib

Melikyanın sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərindən əvvəl Paşinyan hökuməti dalana dirənib.

“Bizim hakimiyyətin birbaşa Rusiya ilə, eləcə də öz adamları ilə danışmaq problemi var: 44 günlük müharibə zamanı biz gördük ki, Rusiya bizim üçün çox vacib müttəfiqdir”, - deyə o vurğulayıb.

Erməni biznesmen Ruben Vardanyana qondarma qurumda “vəzifə” təklifi ilə bağlı Melikyan deyib ki, Ruben Vardanyan təklifi qəbul edəcək, lakin onun zəmanətləri olmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin