“Joğovurd”: Seperatçılar Ruben Vardanyanı nəyə hazırlayır?

2022/09/1662528444.jpg
Oxunub: 696     14:51     05 Oktyabr 2022    
Qondarma qurumun “rəhbəri” Arayik Harutyunyan Rusiyadan Xənkəndiyə köçən erməni biznesmen Ruben Vardanyana “dövlət naziri” postunu təklif edib.

Ordu.az xəbər verir ki, Ermənistanın “Joğovurd” nəşri öz mənbələrinə istinadən bu təyinatla bağlı məlumatlar yayıb.

Nəşr bildirir ki, Arayik Harutyunyan Vardanyana geniş səlahiyyətlər vermək və qondarma qurumun bütün idarəçiliyini ona təhvil vermək niyyətindədir.

“Çox etibarlı mənbələrimiz bildirir ki, Harutyunyan faktiki olaraq Qarabağı (qondarma qurum – red.) paket şəklində Vardanyana təhvil vermək və getmək niyyətindədir, sadəcə olaraq, Vardanyan özünü doğrultmalı və layiqli əvəzedici olduğunu sübut etməlidir”, - deyə məqalədə bildirilir.

Nəşrin məlumatına görə, hazırda bu “vəzifəni” tutan Artak Beqlaryan da boş qalmayacaq, ona da “vəzifə” veriləcək.

“Bir sözlə, Ruben Vardanyan hazırda sınaq müddəti keçir”, - deyə müəlif bildirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Seperatçılar   Vardanyan  


Bizi "telegram"da izləyin