Ukrayna ordusunun azərbaycanlı zabiti həlak olub

2022/10/1664907697.jpg
Oxunub: 803     21:55     04 Oktyabr 2022    
Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq üzrə sədri Rəmzi Rzayev "Report"un Şərqi Avropa bürosuna məlumat verib.

Məlumata görə, bu, Ukrayna ordusunun kiçik leytenantı İbişov Nahid İmanxan oğludur.

Xerson vilayəti istiqamətində həlak olan zabit əslən Azərbaycanın Sabirabad rayonundandır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin