Almaniya XİN rəhbəri: “Putinin nüvə təhdidlərini ciddi qəbul edirik”

2022/01/57325-1642489455.jpg
Oxunub: 369     21:43     03 Oktyabr 2022    
Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı təhdidlərini çox ciddi qəbul etdiyini bildirib.

Bu barədə Ordu.az “Neue Osnabrücker Zeitung” nəşrinə istinadən xəbər verir.

“Biz onun sözlərini çox ciddi qəbul edirik. Müharibənin 220 günündən artıq müddətdə Vladimir Putin dəfələrlə göstərdi ki, o, ən dəhşətli hərbi cinayətlərdən çəkinmir”, - Burbok bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək:

“Əgər Rusiya bu müharibədə qalib gəlsə, yəni Ukraynanı məhv etsə, o zaman nəinki Avropa sülh nizamı bərbad olacaq, heç bir kiçik ölkə artıq təhlükəsiz olmayacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   XİN  


Bizi "telegram"da izləyin