Kanada SEPAH-ın komandanına və ETTELAAT-ın rəhbərinə sanksiya tətbiq edib

2022/10/1664810127.jpg
Oxunub: 761     19:14     03 Oktyabr 2022    
Kanada SEPAH-ın komandanı general-mayor Hüseyn Salamiyə sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Colinin bəyanatında bildirilib.

SEPAH-ın Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani də sanksiyaya məruz qalıb.

Bundan başqa, sanksiya tətbiq edilənlər arasında İranın əxlaq polisi və onun rəhbəri, eyni zamanda, İranın kəşfiyyat naziri (ETTELAAT) Seyid İsmayıl Xətib və onun rəhbərlik etdiyi qurum da var.

Ümumilikdə sanksiyalar 25 fiziki və 9 hüquqi şəxsi əhatə edir.

Kanada insan hüquqlarını, o cümlədən qadınların haqlarını kobudcasına və sistemli şəkildə pozduqları üçün yuxarıda qeyd olunan şəxslərə sanksiya tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ETTELAAT   SEPAH  


Bizi "telegram"da izləyin