İran XİN Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib

2022/07/b565f-1657861436.jpg
Oxunub: 478     18:22     03 Oktyabr 2022    
İran həmişə olduğu kimi, ölkələrin ərazi bütövlüyü prinsipinə tam hörmət edilməsinin və BMT Nizamnaməsinin prinsip və məqsədlərinə hörmət edilməsinin zəruriliyini vurğulayır.

Ordu.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında Rusiyanın Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində keçirilmiş “referendum”lara və bu bölgələrin ilhaqı ilə bağlı suala cavabında deyib.

O bildirib ki, İran Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün göstərilən bütün səyləri dəstəkləyir, bu prosesə kömək və yardım etməyə həmişə hazırdır.

Nasir Kənani vurğulayıb ki, İran Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Kənani   XİN  


Bizi "telegram"da izləyin