Rusiyanın Qərb Hərbi Dairəsinə yeni komandan təyin edilib

2022/10/633ae-1664805925.jpg
Oxunub: 1317     17:43     03 Oktyabr 2022    
Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinə yeni komandan təyin edilib.

Ordu.az xəbər verir ki, yeni təyin olunan komandan general-leytenant Roman Berdnikovdur.

General-leytenant Roman Berdnikov əvvəllər Şərq Hərbi Dairəsinin birləşmiş silahlı birləşmələrinin komandanı olub, daha sonra Suriyadakı Rusiya qoşun qruplaşmasına komandanlıq edib. Berdnikov 1991-ci ildə Kiyev Suvorov Hərbi Məktəbinin məzun olub.

İstefaya göndərilən general-polkovnik Aleksandr Juravlev 2018-ci ildən Qərb Hərbi Dairəsinin qüvvələrinə komandanlıq edib. Bundan əvvəl isə o, da Berdnikov kimi Suriyada Rusiya qoşun qruplaşmasına komandanlıq edib. 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə o, Rusiya Qəhrəmanı adına layiq görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Komandan  


Bizi "telegram"da izləyin