Türkiyə nümayəndə heyətinin Liviyaya səfəri başlayıb

2022/10/633ac-1664796279.jpg
Oxunub: 334     15:20     03 Oktyabr 2022    
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, Prezidentin kommunikasiya idərəsinin rəisi Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Liviyaya səfəri başlayıb.

Ordu.az xəbər verir ki, bununla bağlı Türkiyə XİN rəhbəri “Twitter“ hesabında paylaşım edib.

O, liviyalı həmkarları ilə Tripolidə vacib təmasların olacağını qeyd edib. Nazir Çavuşoğlu əlavə edib ki, ölkəsi Liviyaya və onun xalqına dəstək etməyə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Liviya  


Bizi "telegram"da izləyin