Ermənistan Rusiyanın keçirdiyi “referendum”ları tanımağa məcbur edilə bilər?

2022/09/1663914449.jpg
Oxunub: 489     15:47     03 Oktyabr 2022    
Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazilərinin - Donetsk, Luqansk, Zaporojya və Xersonun Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri imzalayıb.

“Mən əminəm ki, bu qərarlar Federal Şura tərəfindən də təsdiqlənəcək, çünki o, milyonlarla insanın istəklərini ifadə edir”, - deyə Kreml rəhbəri ilhaq edilən ərazilərdə keçirilən “referendumları” xatırladaraq bildirib. Ukrayna və Qərb ölkələri həmin səsləri saxta adlandıraraq, onların silah gücünə və hədə-qorxu ilə keçirildiyini vurğulayıblar.

Ermənistan “referendumlar”la bağlı hansı mövqedən çıxış edir? Ola bilərmi ki, Rusiya hansısa mərhələdə erməniləri onları tanımağa məcbur etsin?

Erməni politoloq Davit Stepanyan bildirib ki, Rusiya rəhbərliyinin Ermənistanı bu bölgələri Rusiyanın bir hissəsi kimi tanımağa məcbur etməyə çalışacaq dərəcədə adekvatlığını itirdiyini düşünmür. “Belə bir müraciət olsa belə, mənə görə, Ermənistan bundan imtina etməlidir, çünki bu, bizim hökumət üçün siyasi intihar olacaq. Bu gün sivil dünyadan, ilk növbədə ABŞ-dan, Avropadan aldığımız və pis-yaxşı, kiçik, zəif dəstəyi itirəcəyik”.

O, ümidvar olduğunu bildirir ki, siyasi rəhbərliyimiz hələ də o dərəcədə adekvatlığını itirməyib.

Stepanyan qeyd edir ki, indiki mərhələdə Rusiyanın müttəfiqlərinin dəstəyinə ehtiyacı var: “Amma mən hesab edirəm ki, Rusiya çox yaxşı bilir ki, onların artıq müttəfiqi yoxdur, onların bir girovu var, Belarus, o da öz növbəsində Lukaşenkonun girovudur”

Davit Stepanyanın sözlərinə görə, Vladivostokda Putin Paşinyana Ermənistanın İttifaq dövlətinə daxil olmasını təklif edib: “Abxaziya istiqamətində çox ciddi işlər görülür. Yəni başqa variantı olmayanda Abxaziya və Ermənistanı da bu işə qatmağa çalışır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Referendum  


Bizi "telegram"da izləyin