"İğtişaşlar planlaşdırılmışdı" - Xamenei

2018/04/1786-Xamenei_1525090493.jpg
Oxunub: 512     14:37     03 Oktyabr 2022    
Əgər bu gənc qız (Məhsa Əmini) olmasaydı, sentyabr ayının ilk günündə ölkədə xaos yaratmaq üçün daha bir bəhanə yaradardılar.

Ordu.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei bildirib.

O, iğtişaşlara görə ABŞ-ı ittiham edib və iğtişaşların planlaşdırıldığını bəyan edib.

Xamenei qeyd edib ki, dünyanın bir çox yerində iğtişaşlar baş verir, lakin hər baş verən iğtişaşa ABŞ Prezidenti və Nümayəndələr Palatası səviyyəsində reaksiya verilmir.

“Ağıllı insan bu hadisələrin arxasında başqa əllərin olduğunu necə hiss etməsin?!”, - o əlavə edib.

İranın Ali Rəhbəri məhkəmə orqanlarının məsələni sona qədər izləyəcəkləri vədini verdiyini də xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xamenei   İran  


Bizi "telegram"da izləyin