“Ermənistan Rusiyanın zəhərli, acınacaqlı varlığını sürükləməkdən uzaq durmalıdır” - Hakobyan

2022/10/1664793583.jpg
Oxunub: 489     17:00     03 Oktyabr 2022    
““Referendum”lar baş tutmayıb, bütün bu xaos sadəcə ölməkdə olan imperiyanın əzabıdır. Ordunun “böyüklüyündən” öyünənlər sadəcə olaraq bütün dünyanın qarşısında utanc içində boğulurlar”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Marat Hakobyan deyib.

O qeyd edib ki, Kreml məğlubiyyətdən qaça bilmir, onun əsgərlərinin bir hissəsi döyüş meydanından qaçır.

“Ermənistan olmayanı tanıya bilməz, yenə deyirəm, “referendumlar” olmayıb. Daha çox deyim, 30 ildən artıqdır mövcud olduğu formada Rusiyanın da tezliklə mövcud olma ehtimalı azdır. Əvəzində Dağıstanın, İçkeriyanın və digər ölkələrin müstəqil dövlət kimi tanınmasına səbəb ola bilər. Ermənistan Rusiyanın zəhərli, acınacaqlı varlığını sürükləməkdən uzaq durmalıdır”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ukrayna  


Bizi "telegram"da izləyin